TOP 10

"Avropa Liqası zamanı çalışacağıq ki, bizi dəstəkləyən azarkeşlərə gözəl oyun göstərək"

Voleybol
Tarix: 2019-05-24 15:00

Azərbaycanın voleybol üzrə kişilərdən ibarət milli komandasının baş məşqçisi Fərid Cəlalov planlar haqda danışıb. Sport24.az xəbər verir ki, gənc mütəxəssis Avropa Liqasında azarkeşləri sevindirməyə çalışacaqlarını söyləyib: "İlk oyunumuz Azərbaycanda keçiriləcək, rəqibimiz Rumıniya millisi olacaq. Avropa Liqasına hazırlıq ərəfəsində Gürcüstan komandası ilə bir neçə yoldaşlıq görüşü keçirmişdik. Yoldaşlıq görüşlərində bütün oyunçularımıza öz oyunlarını göstərmələri üçün şans verilmişdi. Bəzi oyunçularımızda son 10-15 gündür ki, milli komandanın düşərgəsinə gəliblər. Rumıniya ilə oyunu ikinci oyun qurucu Tural Həsənli ilə oynayacağıq. Aleksey Çervyakov dizində keçirdiyi əməliyyata görə növbəti oyunlarda komandamıza kömək edə biləcək. Oyun haqqında öncədən danışmaq istəməzdim, yalnız onu deyə bilərəm ki, Avropa Liqası zamanı çalışacağıq ki, bizi dəstəkləyən azarkeşlərə gözəl oyun göstərək. 
 

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB