TOP 10

“Sevilya”da italiyalı baş məşqçi

Dünya Futbolu
Tarix: 2019-05-24 14:30

“Sevilya”nı yeni mövsümdə çalışdıracaq baş məşqçi məlum olub. Sport24.az xəbər verir ki, La Liqa təmsilçisi Eusebio Di Françesko ilə razılıq əldə edib. 

 

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. 49 yaşlı mütəxəssisin təyinatının növbəti həftə açıqlanacağı bildirilir.

 

Françesko son olaraq “Roma”nı çalışdırıb. Martda vəzifəsindən göndərilən italyan mütəxəssis ondan sonra işsiz idi.

 

“Sevilya”da bir müddət əvvəl baş məşqçi Xoakin Kaparossla yolların ayrıldığı açıqlanmışdı.

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB