TOP 10

Emil Balayev ən yaxşılar arasında

Dünya Futbolu
Tarix: 2019-05-24 13:08

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Qazaxıstan kuboku çərçivəsində keçirilmiş “Kaysar”la ilk yarımfinal matçında (1:0) “Tobol”un 3 ən yaxşı oyunçusundan biri olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Emil sözügedən qarşılaşmada start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb. Balayev oyun ərzində qapıya gələn 8 zərbədən 2-sini dəf etməyi bacarıb.


“Tobol”un heyətində digər ən yaxşı oyunçular isə Cabı Xankav və Ruslan Valiullin seçilib.

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB