TOP 10

PSJ-də Neymar-Mbappe gərginliyi: İkisindən biri gedir

Dünya Futbolu
Tarix: 2019-05-24 11:44

Fransa çempionu PSJ-də komandanın iki aparıcı futbolçusu – Neymar və Kilian Mbappe arasında gərginlik yaranıb. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, Paris klubunun liderləri arasında ciddi fikir ayrılıqları mövcuddu.

 

Hər şey braziliyalı hücumçunun komandanın gənc oyunçularını tənqid etməsindən sonra başlayıb. O, gəncləri az danışıb meydanda çox iş görməyə çağırıb. Neymarın məhz bu açıqlamasından sonra fransalı futboçu ilə münasibətləri gərginləşib. Çünki Mbappe bu sözlərin onun ünvanına deyildiyini düşünür.

 

Fransa yığmasının gənc hücumçusu PSJ-də aldığı maaşdan da narazıdı. O, hazırda Neymardan üç dəfə az maaş alır. 20 yaşlı hücumçunun fikrincə, o, son mövsümdəki çıxışı ilə komandada ən yüksək maaş almağa layiq biri olduğunu sübut edib.

 

İddialara görə, bu iki futbolçu arasında münasibətlər o qədər mürəkkəbləşib ki, yayda onlardan birinin PSJ-ni tərk etməsi gözlənilir.

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB