TOP 10

Almaniyalı futbolçu İtaliya klubunda

Dünya Futbolu
Tarix: 2019-05-24 10:21

İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi Hollandiyanın “Qroningen” klubundan Yulian Şabonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

21 yaşlı almaniyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Transferin maliyyə detalları barədə isə heç bir məlumat verilmir.

 

Almaniyanın “Leyptsiq” klubunun yetirməsi olan Şabo, peşəkar karyerasına Hollandiyanın digər təmsilçisi “Sparta”da başlayıb. O, “Qroningen”ə 2018-ci ildə transfer olunmuşdu.

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB