TOP 10

Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

Dünya Futbolu
Tarix: 2019-05-24 11:18

Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Julio Baptista karyerasını başa vurub. Sport24.az xəbər verir ki, bu barədə 37 yaşlı forvard sosial şəbəkə hesabında məlumat yayıb:

 

“20 ildən çox davam edən peşəkar futbolçu karyeramı başa vurmağa qərar verdim. Yeni bir həyata başlayıram. Xəyallarımı gerçəkləşdirməyimə dəstək verən hər kəsə minnətdaram”.

 

Karyerasına “San Paulo”da başlayan Baptista, “Real”, “Arsenal”, “Sevilya” və “Roma”nın arasında yer aldığı çoxlu klubda forma geyinib. Onun son klubu isə Rumıniya təmsilçisi “CFR Kluj” olub.

 

Baptista, Braziliya milli komandasında da 47 oyuna çıxıb, 5 qola imza atıb.

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB