TOP 10

Azərbaycan kubokunun qalibi bəlli oldu

Futbol
Tarix: 2019-05-23 17:01

Bu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. Sport24.az xəbər verir ki, həlledici oyundan əvvəl Müasir İnnovasiyalar Liseyinin şagirdləri tərəfindən ölkə kubokunun finalı üçün hazırlanmış flashmob nümayiş etdirilib.


Heyətlə bağlı problem yaşamayan tərəflərin duelində bütövlükdə 10 qol qeydə alınıb. 7:3 hesabıyla qalib gələn EKOL dördüncü dəfə ölkə kubokunun qalibi olub. 


Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. EKOL komandasının üzvü Namiq Məmmədkərimov həlledici qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. Mükafatları AFFA-nın futzalü zrə koordinatoru Zaur Hacı-Məhərrəmov, Azərbaycan Futzal Federasiyasının əməkdaşı Xosrov Məmmədov, beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təqdim ediblər.


Azərbaycan kuboku
Final

23 may


EKOL - Advokat 7:3
Qollar: F. Atakişiyev, 02:48, 31:17, N. Məmmədkərimov, 03:06, 10:16, 15:01, 16:06, Ə. Ələsgərli, 25:44 // C. Əhmədov, 03:31, V. İsayev, 27:17, S. Davıdov, 29:26.
Hakimlər: Hikmət Qafarlı, Fuad Həsənov, Rahin Heybətov.
Bakı İdman Sarayı. Saat 14:30.

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB