TOP 10

David Luiz: "Azərbaycanda olmaq imkanım olub, gözəl ölkədi"

Futbol
Tarix: 2019-05-23 11:18

 

“Çelsi”nin futbolçusu David Luiz Avroliqanın Bakı finalı haqda düşüncələrini bölüşüb. Sport24.az xəbər verir ki, braziliyalı müdafiəçi bu turnirdə hədəflərinin finala gedib çıxmaq olduğunu bildirib: "Buna nail olduğumuz üçün xoşbəxtəm. Həlledici görüşdə də qalib gəlməyə çalışacağıq. Turnirin əvvəlindən bunun üçün çalışırıq".

 

Luiz finalda rəqibləri olan  "Arsenal"ın futbolçusu Henrik Mxitaryanın Bakıya gətirilməməyinə də münasibət bildirib: “Futbol siyasət deyil. Verilən qərarlara da hörmətlə yanaşmaq lazımdır. “Qarabağ”a qarşı oynayan zaman Azərbaycanda olmaq imkanım oldu. Ora gözəl ölkədir”.

 

Qeyd edək ki,  Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı mayın 29-u saat 23:00-da başlayacaq.

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB