TOP 10

Bezotosnının taleyinə aydınlıq gəldi

Futbol
Tarix: 2019-05-23 10:41

"Qəbələ"ylə müqaviləsi başa çatan ukraynalı qapıçı Dmitri Bezotosnının taleyinə aydınlıq gəlib. Sport24.az xəbər verir ki, Avropa Liqasında ölkəmizi təmsil edəcək komanda 36 yaşlı qolkiperlə yeni müqavilə imzalamayacaq. 

 

Bezotosnı da bunadək "Qəbələ"nin yollarını ayırdığı əcnəbi futbolçuları sırasında yer alıb. Söhbət yarımmüdafiəçilər - fransalı Stiven Monroz, toqolu Lalavole Atakora və albaniyalı Sabien Lilaydan gedir.

 

"Qəbələ" daha üç legionerlə isə müqaviləylə bağlıdı. Bunla serbiyalı müdafiəçi Vojislav Stankoviç, gürcü yarımmüdafiəçi Davit Volkov və nigeriyalı hücumçu Ceyms Adeniyididən gedir. Onların gələcək taleyi danışıqların gedişindən asılı olacaq. 

 

Qeyd edək ki, Bezotosnı 2015-ci ilin qış fasiləsindən "Qəbələ"də çıxış edirdi. 

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB