TOP 10

Paşayev üçün 90 dəqiqə və 1 xal

Dünya Futbolu
Tarix: 2019-05-23 09:00

Futbol üzrə Ukrayna Premyer Liqasında 30-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.


Sözügedən kollektiv səfərdə “Mariupol”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.


Paşayev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.


“Aleksandriya” hazırda çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 49 xalla 3-cü pillədə qərarlaşıb.

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB