TOP 10

Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

Dünya Futbolu
Tarix: 2019-05-22 20:03

Futbol üzrə Qazaxıstan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” da bu turnirdə növbəti matçına çıxıb.


Kostanay klubu doğma meydanda “Kaysar”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.


Balayev də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Emil sonadək mübarizə aparıb.


Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda isə "Ordabaşı" evdə "Atırau" ilə 1:1 hesablı heç-heçə edib. Cavab qarşılaşmaları iyunun 19-da keçiriləcək.

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB