TOP 10

“Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

Futbol
Tarix: 2019-05-22 19:07

“Qarabağ” yarımmüdafiəçisi Qara Qarayevlə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.


Məlumatda bildirilir ki, “Qarabağ” 26 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsini 2021-ci ilə qədər uzadıb.


“Qarabağ”ın yetirməsi olan Qarayev 2011-ci ildən əsas heyətə cəlb olunub. Milli komandamızın üzvü “Qarabağ”la 6 dəfə Premyer Liqanın, 3 dəfə ölkə kubokunun qalibi olub. O, bu komanda ilə ümumilikdə, çıxdığı 320 rəsmi oyunda 2 qol vurub.


Xatırladaq ki, Ağdam klubunun yetirməsi olan futbolçu ilə müqavilənin müddəti bu ilin iyununda başa çatırdı.

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB