TOP 10

"Qəbələ" kuboka görə mükafatlarını verdi - məbləğ əvvəlki vaxtlardan 2-3 dəfə aşağıdı

Futbol
Tarix: 2019-05-22 15:51

"Qəbələ"nin üzvləri Azərbaycan Kubokunu qazanmağa görə klub rəhbərliyi tərəfindən mükafatlandırılıb. Komandanın vitse-kapitanı Ürfan Abbasov Sport24.az-a açıqlamasında "Sumqayıt"ı 1:0 hesabıyla məğlub etdikləri Naxçıvan finalından dərhal sonra pul mükafatlarını aldıqlarını bildirib: "Mükafatlarımız final matçından sonra verildi. Ancaq məbləği deməyim düzgün çıxmaz. Belə deyərdim ki, indiki duruma görədi. Əvvəllər tamam başqa cür idi. Əlbəttə, həmin vaxtlardakı mükafatlardan 2-3 dəfə azdı".

 

Qeyd edək ki, ölkəmizi Avroliqada təmsil edəcək "Qəbələ"nin maddi sıxıntıya görə, büdcəsinin kəskin azalması gözlənildiyindən gələcək taleyi sual altındadı. 

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB