TOP 10

UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda - FOTOLAR

Futbol
Tarix: 2019-05-22 14:47

UEFA bütün Avropada futbol azarkeşlərinə Avropa Liqasının əfsanəvi kubokunu görmək imkanı yaradan Kubok turu təşkil edib. Sport24.az xəbər verir ki, kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib, Azərbaycanın paytaxtı Bakıya gələrək ertəsi gün Azərbaycanın ikinci böyük şəhərinə - qədim Gəncəyə yollanıb. Kubok dünən Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəlib.

 

Avropa Liqasının kubokunu yaxından görmək və onunla şəkil çəkdirmək istəyən kənd sakinləri və futbol azarkeşləri üçün “Qayıdış” parkında şəkil zonası, UALF-2019-un səfiri Vəli Qasımov, həmçinin “Qarabağ” klubu və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub.

 

Azyaşlı qonaqlar üçün  face-art, animator və oyunlarla, futbol üzrə master-klass  dərsləri ilə uşaq zonası təchiz edilmiş və digər əyləncələr təşkil edilib. 

 

Bayram ab-havasının yaradılması üçün tədbirdə tanınnış DJ AKG iştirak edib.

 

 

 

 

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB