TOP 10

Hazard rəsmən Dortmund “Borussiya”sında

Dünya Futbolu
Tarix: 2019-05-22 15:09

Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, sözügedən klub Münhenqladbax “Borussiya”sında forma geyinən Torqan Hazardı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


26 yaşlı belçikalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. 


Dortmund təmsilçisi Hazarda qədər “Hoffenhaym”dan Nikola Şultsu heyətinə qatmışdı.


Torqan Hazard geridə qalan mövsümdə Münhenqladbax “Borussiya”sında 35 oyuna çıxıb, 13 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.


Sonda onu da qeyd edək ki, Torqan “Çelsi”də forma geyinən Eden və Kilian Hazardların qardaşıdı.

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB