TOP 10

"Səbail" Mirabdullayla bağlı "Neftçi"yə rəsmi təklif göndərir: "Bir-iki nüans qalıb"

Futbol
Tarix: 2019-05-22 14:01

"Səbail" "Neftçi"nin hücumçusu Mirabdulla Abbasovu transfer etməkdə israrlıdı. Komandanın baş məşqçisi Aftandil Hacıyev Sport24.az-a açıqlamasında bununla bağlı konkret addımlar atmağa hazırlaşdıqlarını bildirib.

 

Hacıyevin sözlərinə görə, haızrda mərkəz hücumçu transferiylə bağlı əsas diqqətlərini məhz klubuyla 1 illik anlaşması qalan 24 yaşlı Abbasova yönəldiblər: "Mirabdullayla bağlı rəsmi sənədləri hazırlayıb yaxın günlərdə "Neftçi"yə göndərəcəyik. Bir-iki nüans qalıb. Agentiylə detalları yekunlaşdırırıq. "Neftçi"yə bu hücumçuyla bağlı rəsmi təklif göndərərək danışıqlar sayəsində transferi gerçəkləşdirmək istəyirik. İnşallah, problem olmayacaq".

 

Xatırladaq ki, "Səbail" ölkəmizi ilk dəfə olaraq avrokuboklarda - Avropa Liqasında təmsil edəcək. 

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB