TOP 10

“Ayntraxt" fanatlarından ayaqda alqışanası addım - azərbaycanlı cocuqlara hədiyyə

Futbol
Tarix: 2019-05-22 13:31

Almaniya “Ayntraxt”ının azarkeşləri azərbaycanlı kimsəsiz uşaqlara qarşı nəcib addım atıblar. Sport24.az xəbər verir ki, Avropa Liqasının final görüşünə əvvəlcədən biletləri bronlamış “qartallar”ın fanatları öz yerlərini uşaq evlərinin birində məskunlaşmış azərbaycanlı kimsəsiz uşaqlara güzəştə getməyi qərara alıblar. “Yüzə yaxın biletimiz var. Artıq həmin biletləri yollamağa başlamışıq”, - bunu “Ayntraxt”ın fan-forumunda təşəbbüskarlardan biri bildirib.

 

O, fikirlərini bu cür tamamlayıb: “Bu uşaqlar üçün Avropa Liqasının final matçını stadiondan izləmək əlçatmaz bir arzu idi. Biz bunu reallaşdırmağı qərara aldıq və belə bir hədiyyə etdik”.

 

Qeyd edək ki, “Ayntraxt” Bakı finalını bir addımlığında İngiltərə “Çelsi”sinə penalti seriyasında məğlub olaraq dayandı.

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB