TOP 10

25-ci kuboku kim qazanacaq?

Futbol
Tarix: 2019-05-22 13:46

Mayın 23-də futzal üzrə Azərbaycan kubokunda 2018/19 mövsümünə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qalib adı uğrunda EKOL və “Advokat” qarşılaşacaq.


Əvvəlki 24 kubok mövsümündə 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 6 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17) kuboku başı üzərinə qaldırıb. Araz” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.


Digər kubok sahiblərindən EKOL 3 (2010/11, 2011/12, 2015/16), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 və “Marafon Futsal” 2017/18 mövsümündə kuboku qazanıb. Maraqlıdır ki, kubokun son qalibi, eləcə də finalçı komanda cari mövsümdə iştirak etmir.


1994/95 - “Neftçi”
1995/96 - “Neftçi”
1996/97 - “Avtomobilçi”
1997/98 - “Avtomobilçi”
1998/99 - “Nabspor”
1999/00 - “Azərneftyanacaq”
2000/01 - “Azərneftyanacaq”
2001/02 - “Gömrükçü”
2002/03 - “Gömrükçü”
2003/04 - “Turan” AİR
2004/05 - “Araz”
2005/06 - “Araz”
2006/07 - “Araz”
2007/08 - “Araz”
2008/09 - “Araz”
2009/10 - “Neftçi” İSM
2010/11 - EKOL
2011/12 - EKOL
2012/13 - “Neftçi” İSM
2013/14 - “Neftçi” İSM
2014/15 - “Fener” FK
2015/16 - EKOL
2016/17 - “Neftçi” İK
2017/18 - “Marafon Futsal”

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB