TOP 10

Marko Rossi onları Bakıya gətirməyəcək

Dünya Futbolu
Tarix: 2019-05-22 13:04

Futbol üzrə Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Macarıstan yığmasının heyətində dəyişiklik edilib. Sport24.az Macarıstan Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, millinin baş məşqçisi Marko Rossi Azərbaycan və Uelslə oyunlar üçün müəyyənləşdirdiyi 32 futbolçudan ibarət heyətdən 3 nəfəri çıxarıb.

Adam Bodi, Marton Eppel və Daniel Qazdaq yığmanın düşərgəsini tərk edib.


Macarıstan yığması AÇ-2020-nin seçmə mərhələsində, iyunun 8-də səfərdə Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş saat 20:00-da, 8-ci km stadionunda keçiriləcək.

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB