TOP 10

Azərbaycan Tokio-2020-yə ilk lisenziyasını qazandı

Olimpiada
Tarix: 2019-05-22 10:24

Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. Sport24.az xəbər verir ki, bu uğura atlet Anna Skidan imza atıb. 
 
Çəkicatma növündə çıxış edən təmsilçimiz Çinin Nanjinq şəhərində keçirilən “World Challange”də 72,92 m nəticə göstərərək, 5-ci olub. Bu da Tokio-2020-yə vəsiqəsini rəsmiləşdirib. 


Qeyd edək ki, Yaponiyadakı Olimpiada gələn il iyunun 24-dən avqustun 9-dək keçiriləcək.

 

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB