TOP 10

Emeri "Arsenal"ın Bakıda çoxlu azarkeşin olduğunu bilir: "Azərbaycan hökümətinin Mxitaryanla bağlı verdiyi təminata inanıram"

Futbol
Tarix: 2019-05-22 09:10

"Arsenal"ın baş məşqçisi Unay Emeri "Çelsi"ylə Bakıda keçiriləcək Avroliqanın finalında yetərincə azarkeş dəstəyi alacaqlarına ümid edir. Sport24.az xəbər verir ki, azarkeşlərlərinin onlarla stadiona gəlmək istədiyini bildirib: "Bu anı gözləyirik. "Arsenal"lın çox azarkeşi var. Klubun Bakıda çoxlu fanatları olduğunu da bilirəm. Yəqin ki,  onlar da stadionda olacaqlar. Amma Londondakı fanatlarımızın da bizimlə olmasını istəyirik".

 

Emeri erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gətirilməməsi ilə bağlı da danışıb. 48 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan hökumətinin futbolçunun Bakıdakı təhlükəsizliyi ilə bağlı verdiyi  təminata inanır: “Onlara inanıram. Ancaq bu, futbolçunun şəxsi qərarıdır. Qərara hörmətlə yanaşmalıyıq. Henrix ailəsi ilə də danışdı. Bask bölgəsindənəm, bizim də böyük siyasi problemlər var. Onun qərarını başa düşürəm".

 

 

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB