TOP 10

“Arsenal”da Bakı finalı öncəsi daha bir itki

Dünya Futbolu
Tarix: 2019-05-22 11:00

“Arsenal” Bakıda keçiriləcək “Çelsi” ilə Avropa Liqasının final matçına ciddi itki ilə çıxa bilər. Sport24.az xəbər verir ki, London klubunun müdafiəçisi Sead Kolaşinaç zədələnib.


UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, bosniyalı futbolçu məşqlərdə iştirak etsə də, yüngül zədəsi var. Bu üzdən də 25 yaşlı futbolçunun Bakıdakı həlledici görüşdə meydana çıxıb-çıxmayacağı bilinmir.


Kolaşinaç cari mövsümdə “Arsenal”ın heyətində bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB