TOP 10

“Çelsi” Konteyə görə daha 10 milyon avro ziyana düşdü

Dünya Futbolu
Tarix: 2019-05-22 10:33

İngiltərənin “Çelsi” klubu sabiq baş məşqçisi Antonio Konteyə daha 10 milyon avro təzminat ödəyəcək. Sport24.az xəbər verir ki, bu barədə məhkəmə qərar çıxarıb.


İtaliyalı mütəxəssisin iddiasına görə, London klubu onunla müqaviləni ləğv etməkdə gecikib və o, uyğunsuz vaxtda işsiz qalıb. 50 yaşlı məşqçi özünə yeni iş tapa bilməməsini də məhz bununla əlaqələndirib. Məhkəməyə üz tutan Konte qarşı tərəfdən 10 milyon avro tələb edib. “Çelsi”nin məhkəmənin bu qərarından narazı olmadığı və şikayət etməyəcəyi bildirilir.


İngiltərə mətbuatının yazdığına görə, “Çelsi”nin rəhbəri Roman Abramoviç indiyə qədər müqaviləsinə vaxtından öncə xitam verdiyi məşqçilərə azı 102 milyon avro təzminat ödəyib. Konte “Çelsi”nin qovduğu 8-ci məşqçidi. London klubu daha öncə Klaudio Ranyeri (6 milyon avro), Joze Mourinyo (34 milyon), Avraam Qrant (6 milyon), Luis Felipe Skolari (14 milyon), Karlo Ançelotti (7 milyon), Andre Villaş-Boaş (13 milyon) və Roberto Di Matteo (12 milyon) ilə bağlı oxşar qərarlar verib.


Konte 2016-2018-ci illər aralığında “zadəganlar”ın baş məşqçisi olub.

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB