TOP 10

“Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

Futbol
Tarix: 2019-05-21 16:17

Mayın 17-də keçirilmiş final oyununda “Xəzər Cənub”u məğlub edən və 14-cü dəfə ölkə çempionu olan “Araz” növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək. Bəs təmsilçimizin rəqibləri nə vaxt məlum olacaq? Sport24.az xəbər verir ki, UEFA-nın rəsmi saytında püşkatma mərasiminin nə vaxt keçiriləcəyi açıqlanıb. Belə ki, 2019-2020-ci il mövsümünün püşkü iyulun 4-də, Bakı vaxtı isə saat 16:00-da atılacaq. 


Həmin gün ilkin və əsas mərhələdə mübarizə aparacaq komandalar rəqibləri ilə tanış olacaq. İlkin mərhələnin oyunları avqustun 27-dən sentyabrın 1-dək, əsas mərhələnin qarşılaşmaları isə oktyabrın 8-dən 13-dək keçiriləcək. 


Bu mərhələ başa çatdıqdan sonra elit raundun püşkü atılacaq. Oktyabrın 18-də keçiriləcək tədbir Bakı vaxtı ilə 16:00-da başlayacaq. Mərhələnin oyunları isə noyabrın 19-dan 24-dək baş tutacaq. 


“Dördlər final”ı isə 2020-ci il aprelin 23-də və 25-də, ya da 24-də və 26-da keçiriləcək.

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB