TOP 10

“Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

Dünya Futbolu
Tarix: 2019-05-21 15:41

İngiltərənin “Arsenal” klubu futbolçusu Henrix Mxitaryanı Avropa Liqasının Bakıda keçiriləcək finalına gətirib-gətirməyəcəyi ilə bağlı yekun qərarını açıqlayıb. Sport24.az xəbər verir ki, London təmsilçisinin rəsmi saytı vasitəsi ilə yayılan açıqlamada erməni futbolçunun Bakıya gətirilməyəcəyi vurğulanıb:


"Arsenal" futbolçunun özü və ailəsi ilə müzakirədən sonra onu Bakıya gətirməməyə qərar verdi. Biz UEFA-ya məktub yazıb, bu vəziyyət haqqında narahatlığımızı ifadə etdik. Henrix klubumuz üçün əsas oyunçudu. Buna görə bu, böyük itkidi. Çox kədərli vəziyyətdi. Çünki finallar futbolçunun karyerasında nadir hallarda olur".


Qeyd edək ki, "Arsenal" Avroliqanın finalında mayın 29-da "Çelsi" ilə qarşılaşacaq.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB