TOP 10

Almaniya millisinin üzvü “Borussiya”da

Dünya Futbolu
Tarix: 2019-05-21 14:46

Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçuyla gücləndirib. Sport24.az xəbər verir ki, Dortmund təmsilçisi “Hoffenhaym”dan Niko Şultsu transfer edib. 


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.


Şults cari mövsümdə “Hoffenhaym”la Bundesliqada 30 qarşılaşmada iştirak edərək, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Sol cinah müdafiəçisi 6 dəfə də Almaniya millisinin şərəfini qoruyub.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB