TOP 10

Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

Dünya Futbolu
Tarix: 2019-05-21 14:27

Almaniyanın “Maynts” klubu heyətini yeni futbolçuyla gücləndirib. Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Proyssen”dən Kril Akononu transfer edib. 


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.


Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Proyysen”lə bu mövsüm 27 oyuna çıxan Akono, 14 qol vurub.


“Proyysen”də Azərbaycan millisinin üzvü Rüfət Dadaşov da forma geyinir. Dadaşov bu mövsüm 31 oyunda iştirak edib və 8 qola imza atıb.

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB