TOP 10

Mahmud Qurbanovun rekorduna şərik çıxan və ya "qoca"lıqda qızıl tapan

Futbol
Tarix: 2019-05-21 10:50

"Qəbələ"nin heyətində futbolçuların çoxu ilk dəfə Azərbaycan Kubokunu qazanıblar ki, bu da başadüşüləndi. Axı, komanda özü ilk dəfə Kuboka və bununla da ilk tituluna yiyələnib. Ancaq "qırmızı-qaraları"n elə futbolçuları da var ki, bunadək final həyəcanı yaşamışdılar. Məsələn, elə götürək kapitan Cavid Hüseynovu. 31 yaşlı yarımmüdafiəçi ümumilikdə 6-cı dəfə finala çıxıb ki, bunun yarısı "Qəbələ"ylə, yarısı isə "İnter" (2 dəfə) və "Neftçi"ylə (1 dəfə) olub. Cavid yalnız 6-cı cəhdində Azərbaycan Kubokuna sahib çıxıb. 

 

"Qəbələ"nin heyətində Hüseynov kimi təcrübəli futbolçular çoxdu. Vitse-kapitan Asif Məmmədov da "Qəbələ"ylə son 3 finalda, 1 dəfə - 2011-ci ildə "İnter"lə bu həlledici matçın iştirakçısı olub. 33 yaşlı bu yarımmüdafiəçi də ilk Kubokunu indi qazanıb.

 

Digər vise-kapitan Ürfan Abbasovun isə Premyer Liqa karyerası 2012-ci ildən yalnız "Qəbələ"ylə bağlı olduğundan, bu sol cinah müdafiəçisi də avtomatik ilk dəfə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. Sağ cinah müdafiəçisi İlqar Qurbanov isə Azərbaycan Kubokunun qalibi olmağa artıq adətkardı. Necə də olmasın, axı, o, ilk dəfə bunu qazananda cəmi 21 yaşı vardı. Bu, 2007-ci ildə "Xəzər Lənkəran" mövsümü "qızıl dubl"la başa vuranda reallaşıb. "Qarabağ" baş məşqçisi Qurban Qurbanovla "qızıl dubl" etdiyi mövsümlərdə - 2014/15, 2015/16 və 20116/17-də də futbolçu Qurbanov onun rəhbərliyi altında olub və 3 dəfə Kuboku başı üzərinə qaldırıb. Göründüyü kimi, İlqar 5-ci dəfə Azərbaycan Kubokunu qazanaraq həmsoyadına, keçmiş yoldaşına, hazırda isə məşqçilik edən Mahmud Qurbanova çatıb. Maraqlıdı ki, onlar "Xəzər Lənkəran"la 12 il öncə Kuboku qazananda bir yerdə çıxış ediblər.

 

"Qəbələ"nin hücumçusu Rauf Əliyev də ilk dəfə Azərbaycan Kubokunu qazananlardan deyil. O da gənc - 20 yaşında bunun qalibi olub. Bu, düz 10 il öncə "Qarabağ"ın Qurbanovun baş məşqçiliyi ilə ilk titulunu qazandığı vaxta gedib çıxır. "Qəbələ"nin təcrübəli müdafiəçisi Rasim Ramaldanov isə karyerasında ilk dəfə Kubokun qalibi olsa da, Naxçıvanda ilk dəfə titula sevinmir. Məsələ ondadır ki, o, bu stadionda keçirilən ilk finalda - Superkubokun həlledici matçında iştirak edib, özü də qələbə topunun müəlliif olub. Bu, 2013-cü ildə "Xəzər Lənkəran"ın heyətində "Neftçi"ylə qarşılaşmadı. Onda ikinci hissədə azlıqda qalan lənkəranlılar görüşün sonuna yaxın Rasimin başla qələbə topuna sevinib - 2:1. Ramaldanov Naxçıvanda keçirilən hər 3 finalda orda olub.

 

"Qəbələ"yə qış fasiləsində qayıdaraq heyətində ən yaşlı futbolçu olan Anar Nəzirov karyerasında medallar olsa da, ilk dəfə titul sahibi olub. Yəni, 34 yaşlı Nəzirov hələ də çempion olmayıb. 

 

"Qəbələ"nin legionerlərindən yarımmüdafiəçilərdən - albaniyalı Sabien Lilay, Lalavole Atakora və Davit Volkovun ilk dəfə Azərbaycan Kubokunun finalının həyəcanını yaşamaları normaldı. Çünki hər üçü ölkəmizdə debüt mövsümlərini yaşayırlar. Fransalı hücumçu Stiven Monroz artıq tərk etdiyi "Qəbələ"də hər 2 ildə finalda çıxsa da, bu dəfə qələbəyə sevinib. Özü də qələbə topuna imza atmaqla.

 

"Qəbələ"nin 2 legioneri var ki, onlar uzun müddətdi bu komandada çıxış edərək bunadək də Naxçıvanda finala gəlmişdilər. Bunlar ukraynalı qapıçı Dmitri Bezotosnıyla serbiyalı müdafiəçi Vojislav Stankoviçdi. 32 yaşlı Stankoviç 2005-ci ilin qış fasiləsində ölkəmizə gələrək ilk klubu "İnter" (hazırkı "Keşlə") olub.  Elə 36 yaşlı Bezotosnı da həmin vaxt Azərbaycanda legioner həyatı yaşamağa gəlib - sadəcə, "Qəbələ"yə. Vojislav bunadək vətənində "Partizan"la 2 dəfə Serbiya çempionu olsa da, ölkəmizdə iık titulunu yalnız indi qazanıb. 36 yaşlı Bezotosnı isə ilk qıızl medalını yalnız indi, karyerasının qürub çağında qazanıb. Bu, çempionluq olmasa da, Dmitri hələ də buna həsrət qalsa da, kubokda da olsa 1-ci ola bilib. O, bunadək bir dəfə 2013-cü ildə ölkə Kubokunu finalında iştirak edərək gümüş medalçı olub. Bu, "Çernomorets"lə idi ki, onda baş məşqçisi onu sonradan "Qəbələ"yə gətirən Roman Qriqorçuk olub.  

 

 

 

MEHMAN SÜLEYMANOV

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB