TOP 10

Nəbiyevin komandası 3 xalı 4 qolla qazandı

Dünya Futbolu
Tarix: 2019-05-21 09:30

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 8-ci turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.


Sözügedən kollektiv səfərdə “Jihlava” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:2.


Meydana çıxdığı 25 oyunda vurduğu 19 qolla komandasının ən məhsuldar futbolçusu olan Nəbiyev bu görüşün iştirakçısı olmayıb.


“Slaviya”nın U-21 komandası hazırda 19 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB