TOP 10

Manişe Avroliqa Kubokunu Elxan Məmmədova təqdim edib: "Yollar məni Bakıya, çörəyin müqəddəs olduğu, çayın mürəbbə ilə içildiyi yerə aparır"

Futbol
Tarix: 2019-05-21 00:00

Tanınmış portuqaliyalı futbolçu, milli komandasının heyətində Avropa vitse-çempiou olan Nuno Manişe Bakıya gəlib. Sport24.az xəbər verir ki, "Portu"nin heyətində bu turnirin qalibi olan portuqaliyalı veteran futbolçu kuboku Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Elxan Məmmədova təqdim edib.

 

Manişe mayın 29-da bu arenada keçiriləcək Avroliqanın "Arsenal" - "Çelsi" finalı haqda da düşüncələrini bölüşüb: "O əfsanəvi finaldakı möcuzəvi anlar möhtəşəm idi, lakin bunlar artıq keçmişdə qalıb. "Atletiko"nun başı üzərinə qaldırılmaq doğrudan da əzəmətli idi, lakin bu da artıq tarixdi. Həyatı geriyə baxaraq yalnız dərk etmək olar. Lakin onu gələcəyə baxaraq yaşamaq lazımdı. Odur ki, yollar məni Bakıya, küləklər şəhərinə, Azərbaycanın paytaxtına, köhnə ilə yeninin qovuşduğu, atların qəhrəman olduğu, mədəniyyəti sakinlərin canına hopmuş, çörəyin müqəddəs olduğu, çayın mürəbbə ilə içildiyi nüfuzlu 2019-cu il UEFA Avropa Liqasının finalına ev sahibliyi edəcək bir yerə aparır".

 


Qeyd edək ki, 42 yaşlı Manişe Avroliqanın sələfi olan UEFA Kubokunu 2003-cü ildə qazanıb. 

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB