TOP 10

Milli komandamız "Arsenal" - "Çelsi" finalını BOS-da izləyəcək

Futbol
Tarix: 2019-05-20 23:28

Azərbaycan milli komandası mayın 29-da Bakıda keçiriləcək Avroliqanın ingilis finalını Bkaı Olimpiya Stadionundan (BOS) tam heyətlə izləyəcək. Sport24.az xəbər verr ki, bu haqda millimizin baş məşqçisi Nikola Yurçeviç "CBC Sport"da "Bizim futbol" verilişində açıqlama verib: "Sözsüz ki, bu final oyunu xüsusi bir hadisədi. Həm bu qarşılaşmanı Bakıda keçirilməsi, həm də ölkə üçün böyük bir olaydı. Belə bir görüüşn ev sahibi olması üçün bir sıra şəhərlər rəqabət aparırlar. İngitərəni iki top komandası - "Arsenal"la "Çelsi" gəlir. Bu, hər dəfə ələ düşən bir fürsət deyil. 70 min azarkeşin ola biləcəcyi bir ajiotaj gözlənilir. Təkcə oyun deyil, Azərbaycan üçün böyük bir reklamdı. Sözsüz ki, bu fürsəti əldən verəsi deyilik. Milli komanda olaraq tam heyətlə stadionda bu görüşün canlı şahid olmağa gələcəyik. ki, görək iki ingilis komandasından kim qələbə qazanacaq".

 

Qeyd edək ki, London finalı saat 23:00-da keçiriləcək. 

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB