TOP 10

Yurçeviçin Renat Dadaşovla millidə geniş söhbəti olacaq: "Bundan sonra, onu məşqlərdə görərək qərar verəcəm ki..."

Futbol
Tarix: 2019-05-20 23:05

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Renat Dadaşovun milliyə çağırılmasına toxunub. Sport24.az xəbər verir ki, xorvatiyalı mütəxəssis "CBC Sport"a Portuqaliyanın yüksək liqa təmsilçisi "Eştoril"in 20 yaşlı hücumçusu haqda məlumat topladığını bildirib: "İşin bir tərəfi odur ki, bizdə milliyə çox çağırılası futbolçu yoxdu. Daxili liqada çıxış edənləri də, xaricdəkləri də götürəsi olsaq, futbolçu seçimimiz azdı. Məqsədlərimizdən biri odur ki, komandanı gəncləşdirək. Burda görmədiklərim futbolçularımız haqda da xaricdəki mənbələrdən ilk məlumatları toplayırıq ki, onların bugünkü durumu nə yerdədi. Renat haqda eşitdiyim odur ki, istedadlıdı. Almaniya millisində bir keçmişi var. Hər halda, ora qədər gedib düşübsə, deməli, qabiliyyəti var. Bizim üçün ən azı ilk səslənən odur ki, Renatın perspektivi var. Ancaq bütün bunların hamısı eşitdiklərimdi İstəyirəm ki, hər şeyi özüm öz gözlərimlə görüm. Bu vaxta qədər vəziyyət eləydi ki, onu çağırıb bunu edə bilmirdim. Vaxtımız da o qədər çox deyildi. Ancaq indi iki həftədən çox vaxtımız var. Renat mayın 24-dən bizə qoşula biləcək və onu iki həftə ərzində canlı görə biləcəm. Bundan sonra bir qənaətə gələ biləcəm ki, bu futbolçu bizə hal-hazırda kömək edə, bunu bir müddətdən sonra edə bilər və ya ümimiyyətlə, kömək edə bilərmi. Bütün bunlarla bağlı qənaət çıxarmaq üçün mənə elə gəlir ki, əsl şərait yetişib. Mən də görüm ki, Renat bizim üçün nə qədər xeyir verə biləcək futbolçu olacaq".

 

Sözsüz ki, Yurçeviçin bu məqsədlə Dadaşovla üzbəüz oturub söhbət etməsi nəzərdə tutulub: "Bu, əməlli-başlı, geniş şəkildə olacaq ki, əsas yığma, yoxsa U-21, ümumiyyətlə, vəziyyət hara gedir, hara Renata daha uyğundu. Bu haqda geniş fikir mübadiləsi aparacağıq. Sözsüz ki, özünü yaxşı tərəfdən göstərsə, bizi inandırası olsa, niyə də əsas millidə oynamasın? Oyun göstəriciləri bizim üçün hələlik bəs etməzsə, yəqin ki,  U-21-də oynayar. Ancaq bunların hamısı hələ ki quru sözlərdi. Renatı əqşlərdə görək, özüylə söhbət edək, bundan sonra vəziyyət aydın olacaq".

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB