TOP 10

Finalların "persona non qrata"ları

Futbol
Tarix: 2019-05-20 21:51

Azərbaycan Kubokunda ardıcıl 2-ci finaldı qırmızı vərəqəsiz ötüşmür. Sport24.az xəbər verir ki, ötən dəfə Qəbələdə İlqar Qurbanov, bu dəfə Naxçıvanda Cavid Tağıyev meydandan qovulub.

 

Özü də hər iki halda bu ağır cəzaya məruz qalanlar uduzan komandanın üzvləri olub. Baş hakimlərdən Rauf Cabarov İlqarı, İnqilab Məmmədov Cavidi meydandan çıxarıb. Tağıyevin "qırmızı"sının birbaşa olduğu nəzərə alsaq, AFFA İntizam Komitəsi tərəfindən ən azı 2 oyunluq cəzalanacaq və bu, kubokun növbəti mövsümünə şamil ediləcək.

 

İndiyədək 6 finalda 8 qırmızı vərəqə qeydə alınıb. Özü də bunlar 2004-cü ildə futbolumuzda yeni mərhələ başlayanda, maliyyə planında böyük axın olunandan sonra. Yəni, Fuad Musayev AFFA prezidenti olduğu 13 ildə finalların heç birində meydandan qovulan futbolçu olmayıb. İki matçda iki qırmızı vərəqə olub. Bunlar komandalardan hərəyə bir futbolçunun meydandan çıxarılmasıyla reallaşıb. Ən amansız hakim sabiq FİFA referisi Fariz Yusifov olub. Artıq hakimliyini bitirən bu fit sahibi bir matçda iki "qırmızı"ları verərək ümumilikdə 4 nəfəri ağır cəzalandırıb. Bu isə qırmızı vərəqələrin sayının yarısının məhz Yusifovun payına düşməsi deməkdi. Meydandan çıxarılanlar isə daha çox legionerlərdi - 5. Yalnız 3-ü yerli futbolulardı ki, onlar da son vaxtlar cəzalananlar olacaq. 

 

 

Azərbaycan Kubokunun finallarında qırmızı vərəqələr

 

2004/05 mövsümü

"Bakı" – "İnter" (Bakı) - 2:1 

Qırmızı vərəqələr: Laki İdahor, 117 ("İnter"),  A.Ladaqa, 117 ("Bakı")

Baş hakim: Fariz Yusifov

 

2009/10 mövsümü

"Bakı" - "Xəzər Lənkəran" - 2:1

Qırmızı vərəqə: Saşa Yunisoğlu, 102 ("Bakı")

Baş hakim: Elçin Məmmədov

 

2011/12 mövsümü

"Neftçi" (Bakı) - "Bakı" – 0:2

Qırmızı vərəqə: Denis Silva (ikinci sarı, "Neftçi"), 82

Baş hakim: Əliyar Ağayev

 

2015/16 mövsümü

“Qarabağ” - “Neftçi” – 1:0

Qırmızı vərəqələr: Erik Ramos, 120 ("Neftçi"), Reynaldo Silva, 120+1 ("Qarabağ")

Baş hakim: Fariz Yusifov 

 

2017/18 mövsümü

“Keşlə” - “Qəbələ” – 1:0

Qırmızı vərəqə: İlqar Qurbanov, 88 ("Qəbələ")

Baş hakim: Rauf Cabbarov

 

2018/19 mövsümü

"Qəbələ" - "Sumqayıt" - 1:0

Qırmızı vərəqə: Cavid Tağıyev, 95 ("Sumqayıt") 

Baş hakim: İnqilab Məmmədov

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB