TOP 10

Şotlandiya yığmasında yeni baş məşqçi

Dünya Futbolu
Tarix: 2019-05-20 21:00

Futbol üzrə Şotlandiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir k, sözügedən komandanı bundan sonra Stiv Klark çalışdıracaq. Bu barədə Şotlandiya Futbol Federasiyanın rəsmi saytı məlumat yayıb.


Əvvəllər "Çelsi"də Joze Mourinyonun, "Vest Hem"də Canfranko Zolanın, "Liverpul"da isə Kenni Dalqlişin köməkçisi kimi çalışan mütəxəssislə 3 illik müqavilə imzalanıb.


Qeyd edək ki, şotlandiyalı məşqçinin son iş yeri ölkəsinin "Kilmarnok" klubu olub.

22 Iyul 2019
21 Iyul 2019
B.eÇ.aÇC.aCŞB