TOP 10

"Neftçi"nin sabiq legioneri Xorvatiya millisinə çağırıldı

Futbol
Tarix: 2019-05-20 17:54

AVRO-2020-nin qrup mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Xorvatiya yığmasının heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, yerli federasiyanın rəsmi saytı yığmanın baş məşqçisi Zlatko Daliçin Uels və Tunis milliləri ilə yoldaşlıq görüşləri üçün 32 futbolçuya dəvət göndərdiyini açıqlayıb.

 

Onlar arasında "Neftçi"nin sabiq legioneri Daro Melnyak da var. 27 yaşlı sol cinah müdafiəçisi 206/07 mövsümündə Belçikanın "Lokeren" klubundan 1 illliyə icarəyə götürülsə də, qışda geri qaytarılıb. Melynak Premyer Liqamızda 10 matç keçirib. O, qış fasiləsindı karyerasını davam etdirməyə yollandığı Türkiyə Super Liqasında məhsuldarlığı ilə diqqət çəkir. 

 

Qapıçılar: Lovre Kaliniç ("Aston Villa"), Dominik Livakoviç ("Dinamo" Zaqreb), Simon Sluqa ("Rijeka")

 

Müdafiəçilər: Domaqoy Vida ("Beşiktaş"), Deyan Lovren ("Liverpul"), Tin Edvay ("Bayer"), Borna Barişiç ("Reyncers"), Due Celeta-Tsar ("Marsel"), Karlo Bartolets ("Nordşelland" ), Filipp Benkoviç ("Seltic"), Dario Melnyak ("Rizəspor")

 

Yarımmüdafiəçilər: Luka Modriç ("Real"), İvan Rakitiç ("Barselona"), Mateo Kovaçiç ("Çelsi"), Milan Badel ("Latsio"), Marselo Brozoviç ("İnter"), Marko Roq ("Sevilya"), Mario Paşaliç ("Atalanta"), Filip Bradariç ("Kalyari"), İvan Perişiç ("İnter"), Nikola Vlaşiç (SSKA), Bruno Petkoviç ("Dinamo" Zaqreb)

 

Hücumçular: Andre Kramariç ("Hoffenhaym"), Ante Rebiç ("Ayntraxt"), Marko Pyatza ("Fiorentina"), Josip Brekalo ("Volfsburq").

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB