TOP 10

40 yaşında karyerasını başa vurdu

Dünya Futbolu
Tarix: 2019-05-20 17:00

“Kyevo” klubunun futbolçusu Serco Pellissye karyerasını bitirib. Sport24.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 


2002-ci ildən “Kyevo”da forma geyinən Pellissye, həm də klubun kapitanı idi.


Bu mövsüm A Seriyasında 18 qarşılaşmada iştirak edən 40 yaşlı hücumçu, 4 qola imza atıb. Pellissye 1 dəfə də İtaliya millisində forma geyinib.


Pellissyenin 17 ildir formasını geyindiyi “Kyevo” bu mövsüm A Seriyası ilə vidalaşıb.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB