TOP 10

Sənan Qurbanov, Ürfan Abbasov və Elvin Camalov

Futbol
Tarix: 2019-05-20 15:36

"Qəbələ"nin 3 üzvü Azərbaycan Kubokunu 5-ci cəhddən sonra nəhayət, qovuşdular. Sport24.az xəbər verir ki, bunlar baş məşqçi Sənan Qurbanov, müdafiəçi Ürfan Abbasov və yarımmüdafiəçi Elvin Camalovdu.

 

Qurbanov əvvəlki 3 finalda məşqçi olub - 2014-cü ildə rusiyalı Yuri Syominin, 2017 və 2018-ci illərdə ukraynalı Roman Qrqiorçukun köməkçisi. Bu dəfə isə özü baş məşqçi olsa da, komandanı meydana çıxara bilməmişdi. Çünki cəzalı olduğundan, "texniki zona"dan kənarda idi. 

 

Abbasovla Camalovdan başqa bütün 4 finalda "Qəbələ"nin heyətində olan futbolçu yoxdu. 2017-ci ildə Naxçıvandakı final Ürfan üçün uğursuz alınmışdı. Belə ki, sol cinah müdafiəçisi "Qarabağ"a 0:2 hesabıyla uduzduqları matçda avtoqol müəllifi olmuşdu. 27 yaşlı Abbasov vise-kapitanı olduğu "Qəbələ"də eyni zamanda oyun sayında rekordçudu. 

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB