TOP 10

“Səbail”də yeni qapıçı - FOTO

Futbol
Tarix: 2019-05-20 14:26

Aleksandr Rıbkanın zədələnməsindən sonra Elxan Əhmədovun ümidinə qalan “Səbail” sıralarına yeni qapıçı qatıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi “Zirə”ylə müqavilə müddəti başa çatan Kamal Bayramovla ortaq məxrəcə gəlib.

 

34 yaşlı əlcək sahibi ilə anlaşmanın bütün detalları razılaşdırılıb. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

 

Baş məşqçi Aftandil Hacıyevin istəyi ilə transfer edilən Bayramov bu yay “Səbail”in rənglərinə qatacağı son qapıçı olmayacaq. Komandaya daha bir əcnəbi qolkiperin cəlb olunacağı gözlənilir.

 

Qeyd edək ki, Kamal 2015-ci ildən - "Zirə" Premyer Liqada çıxış edəndən onun şərəfini qoruyurdu.

 

 

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB