TOP 10

Azərbaycan Kubokunu qazanmağın yeni yolu - finala baş məşqçisiz çıxmaq lazımdı!

Futbol
Tarix: 2019-05-20 15:00

Sənan Qurbanov Azərbaycan Kubokunu qazanan 16-cı baş məşqçi olub. Sport24.az xəbər verir ki, bunadək keçirilən 26 Kuboku 15 mütəxəssis qazanmışdı. Qaliblər daha çox yerli çalışdırıcılardı - 13. Ölkəmizdə işləyən əcnəbi baş məşqçilərdən hələ ki yalnız 3-ü Azərbaycan Kubokuna sahib çıxıb. Bunlar türkiyəli Cüneyt Biçər, rumıniyalı Mirça Rednik və ukraynalı Yuri Maksimovdu.

 

Son qalib olan 39 yaşlı Qurbanov qalib həmkarlarından ən gəncdi. Ancaq bu, o demək deyil ki, məhz bu mütəxəssis Azərbaycan Kubokunu qazanan ən gənc baş məşqçi kimi adını futbol tariximizə yazdırıb. Bu göstəricidə rekordçu Mehman Allahverdiyevdi. "Kəpəz"in çalışdırıcısı 34 yaşında Kubok qazanmasıyla tarixə düşüb. Yeri gəlmişkən, Allahverdiyevlə Qurban Qurbanov bu mükafatı ən çox qazanan baş məşqçilərdi. Özü də hər ikisi bunu eyni klubda qazanıb. Ağasəlim Mircavadovda 3, Kazbek Tuayev,  Böyükağa Hacıyev, Əsgər Abdullayevdə hərəyə 2, Məmmədəli Məmmədov, Vaqif Sadıqov, Əhməd Ələsgərov, Böyükağa Ağayev, Cüneyt Biçər, Mirça Rednik, Novruz Əzimov və Yuri Maksimovda hərəyə 1 Kubok var. 

 

Azərbaycan Kubokunun qalibi olan ən "qoca" baş məşqçi Əhməd Ələsgərovdu. O, həm təvəllüd baxımından ən yaşlısıdı, həm də Kuboku qazanmasına görə. Düzdür, Tuayev ən sonuncu dəfə Kubokun qalibi olanda da 64 yaşında olub. 

 

Ölkə Kubokunu qazanan baş məşqçilərlə bağlı yeni tendensiya yaranıb. Məsələ ondadır ki, artıq 2-ci dəfədi finalı baş məşqçisi cəzalı olan qazanır. Ötən il Maksimov "Keşlə"ylə "Sumqayıt"la səfərdəki cavab yarımfinal matçında "texniki zona"dan qovulduğundan, Qəbələdəki finalı tribunadan izləyirdi. Komanda onun azərbaycanlı köməkçisi Zaur İsmayılovun rəhbərliyi altında çıxaraq qalib oldu. Bu dəfə isə Qurbanov "Qarabağ"la Bakdakı təkrar qarşılaşmada tribunalara göndərildiyindən, Naxçıvandalkı həlledici matçda "texniki zona"dan kənarda idi. Bu zaman komandanı finala köməkçiləri Zaur Həşimovla Elmar Baxşıyev çıxarmışdı.

 

 

Azərbaycan Kubokunun qalibi olan baş məşqçilər

 

1992 - Məmmədəli Məmmədov (1945), "İnşaatçı"yla (Bakı) 47 yaşında qalib olub.

1993 - Ağasəlim Mircavadov (1947), "Qarabağ"la (Ağdam) 46 yaşında qalib olub.

1994 - Mehman Allahverdiyev (1960), "Kəpəz"lə (Gəncə) 34 yaşında qalib olub.

1995 - Vaqif Sadıqov (1959), "Neftçi"ylə (Bakı) 36 yaşında qalib olub.

1996 - Kazbek Tuayev (1940), "Neftçi"ylə 56 yaşında qalib olub.

1997 - Mehman Allahverdiyev (1960), "Kəpəz"lə 37 yaşında qalib olub.

1998 - Mehman Allahverdiyev (1960), "Kəpəz"lə 38 yaşında qalib olub. 

1999 - Əhməd Ələsgərov (1935), "Neftçi"ylə 64 yaşında qalib olub.

2000 - Mehman Allahverdiyev (1960), "Kəpəz"lə 40 yaşında qalib olub.

2001 - Əsgər Abdullayev (1960), "Şəfa"yla 41 yaşında qalib olub.

2004 - Kazbek Tuayev (1940), "Neftçi"ylə 64 yaşında qalib olub. 

2005 - Əsgər Abdullayev (1960), "Bakı"yla 45 yaşında qalib olub.

2006 - Böyükağa Ağayev (1947), "Qarabağ"la 59 yaşında qalib olub.

2007 - Ağasəlim Mircavadov (1947), "Xəəzr Lənkəran"la 60 yaşında qalib olub.

2008 - Ağasəlim Mircavadov (1947), "Xəəzr Lənkəran"la 61 yaşında qalib olub.

2009 - Qurban Qurbanov (1972), "Qarabağ"la 37 yaşında qalib olub.

2010 - Cüneyt Biçər (Türkiyə, 1975), "Bakı"yla 35 yaşında qalib olub. 

2011 - Mirça Rednik (Rumıniya, 1962), "Xəzər Lənkəran"la 49 yaşında qalib olub.

2012 - Novruz Əzimov (1960), "Bakı"yla 52 yaşında qalib olub.

2013 - Böyükağa Hacıyev (1958), "Neftçi"ylə 55 yaşında qalib olub.

2014 - Böyükağa Hacıyev (1958), "Neftçi"ylə 56 yaşında qalib olub. 

2015 - Qurban Qurbanov (1972), "Qarabağ"la 43 yaşında qalib olub.

2016 - Qurban Qurbanov (1972), "Qarabağ"la 44 yaşında qalib olub. 

2017 - Qurban Qurbanov (1972), "Qarabağ"la 45 yaşında qalib olub. 

2018 - Yuri Maksimov (Ukrayna, 1968), "Keşlə"ylə 50 yaşında qalib olub.

2019 - Sənan Qurbanov (1980), "Qəbələ"ylə 39 yaşında qalib olub. 

 

 

MEHMAN SÜLEYMANOV

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB