TOP 10

AFFA-dan 3 oyunçuya 1 illik cəza

Futbol
Tarix: 2019-05-20 13:17

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:


Futzal üzrə Yüksək Liqanın “Araz” – “Xəzər Cənub” matçının 25-ci dəqiqəsində “Xəzər Cənub”un oyunçusu Hamid Raşidi rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə, 1 oyun cəzalanıb. Oyunun 48-ci dəqiqəsində “Xəzər Cənub”un oyunçusu Amid Şocayi hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı – qırmızı vərəqə aldığına üçün 1 oyun cəzalanıb.


Oyun başa çatdıqdan sonra baş vermiş xoşagəlməz hadisə ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Xəzər Cənub”un futzalçısı Raşid Qalapur, Amid Şocayi, cəzalı olduğuna görə oyunu tribunadan izləyən, amma qarşılaşma başa çatdıqdan sonra meydana daxil olan İsaq Surqalı hakimə fiziki təzyiq göstərdiyinə görə, 12 ay müddətinə cəzalandırılıb. Hər 3 oyunçu göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.


Oyundan sonra hakimi təhqir etdiyinə görə “Xəzər Cənub”un 24 nömrəli futzalçısı Hamid Raşidi 3 oyun cəzalanıb.

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB