TOP 10

"Qəbələ"nin legioneri: "Azərbaycanda keçirdiyim ilk mövsümdə titul qazandığım üçün şadam"

Futbol
Tarix: 2019-05-20 11:00

“Azərbaycanda keçirdiyim ilk mövsümdə titul qazandığım üçün şadam”. Bunu Sport24.az-ı Naxçıvana ezam olunmuş əməkdaşına açıqlamasında “Qəbələ”nin futbolçusu Davit Volkov Azərbaycan Kubokunun finalında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib.

 

24 yaşlı gürcü yarımmüdafiəçinin sözlərinə görə, bu kubokun “Qəbələ”nin ilk titulu olması uğurun əhəmiyyətini ikiqat artırır: “Qəbələ” ilə dekabra qədər müqaviləm var. Klubun taleyinin qeyri-müəyyən olması söhbəti barədə heç nə deyə bilmərəm. Necə olacağını bilmirəm”.

 

 

CEYHUN ƏLİYEV, Bakı-Naxçıvan-Bakı

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB