TOP 10

Monroz "Qəbələ"dən getdiyini təsdiqlədi: "Bu kuboku sabiq prezidentimiz və baş məşqçimizə həsr edirik"

Futbol
Tarix: 2019-05-20 10:40

"Qəbələ"nin fransalı futbolçusu Stiven Monroz Azərbaycan Kubokunu qazandıqları "Sumqayıt"la final matçından sonra Sport24.az-ın Naxçıvana ezam olunmuş əməkdaşına müsahibə verib. Naxçıvandakı görüçdə yeganə qolun müəlliif olan 29 yaşlı hücumçu əvvəlcə uğuru dəyərləndirib.

 

 - Bu kubokun "Qəbələ" üçün çox vacib titul olduğunu fikirləşirəm. Çünki bu, klubun ilk titulu idi. Bu kuboku sabiq prezidentimiz və baş məşqçimizə həsr edirik. Bütün komanda bu titulu qazanmaq üçün vuruşdu. Bizim üçün çox vacib qələbə idi.

 

- Bu matçın sənin üçün hekayəsi necə idi?

- Mənim üçün əsas olan "Qəbələ"nin kuboku qazanması idi. Şəxsi olaraq mənim üçün matç yaxşı keçdi, komandamın qələbə qolunu vurdum. Hesab edirəm ki, klub üçün mövsümün sonu yaxşı oldu.

 

- Bu artıq "Qəbələ"də son matçın idi?

- Bəli, bu klubdakı son matçım idi.

 

- Növbəti mövsüm səni "Neftçi"də görəcəyik?

- Bu barədə heç nə deyə bilmərəm. Zamanla nələrin olacağını görəcəyik.

 

 

 

CEYHUN ƏLİYEV, Bakı-Naxçıvan-Bakı

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB