TOP 10

"9-luğa"a vurdu, 9-cu oldu

Futbol
Tarix: 2019-05-20 09:16

"Qəbələ" Azərbaycan Kubokunun 9-cu qalibi olub. Sport24.az xəbər verir ki, bunadək keçirilən 26 finalı "Neftçi" (Bakı, 7 dəfə), "Qarabağ" (Ağdam, 6), "Kəpəz" (Gəncə, 4) "Bakı"yla "Xəzər Lənkəran" (hər ikisi 3), "İnşaatçı" (Bakı, 1), "Şəfa" (Bakı, 1) və "Keşlə" (Bakı, 1) qazanmışdı. 

 

Göründüyü kimi, balans daha çox paytaxt təmsilçilərinin xeyrinədi. Belə ki, 9 qalibdən 5-i Bakı klubudu. "Qəbələ" Azərbaycan Kubokunu qazanan 4-cü əyalət təmsilçisi olub. 

 

Maraqlıdı ki, son 2 qalib uzunmüddətli uğursuz cəhdlərdən sonra məqsədlərinə çatıb. "Keşlə" ötən il Qəbələdəki fnalda məhz "Qəbələ"ni 1:0 hesabıyla məğlub edərək 5-ci finalında həsrətə son qoyub. Bu dəfə isə həmin "Qəbələ" Naxçıvanda "Sumqayıt"ı həmin hesabla yenərək tarixində ilk dəfə Azərbaycan Kubokunu 4-cü finalında qazanıb. Sadəcə, "Keşlə" sələfi olan "İnter"lə 2 dəfə ölkə çempionu olduğundan bunadək titul sahibi idisə, qəbələlilərdə bu, ilk belə nailiyyət olub. 

 

Onu da nəzərə alaq ki, son 2 mövsümdə Kuboku qazanan növbəti mövsümdə mübarizəni 1/4 finalda dayandırıb. "Qarabağ" 2017-ci ildə alib olandan sonrakı mövsümdə bu mərhələdə "Sumqayıt" tərəfindən kənarlaşdırılıb. Bu mövsümdə isə "Keşlə"nin 1/4 finalda yolunu "Qarabağ" kəsib. Ancaq qalibləri mübarizədən kəarlaşdıranlar finala da çıxa bilmir, yarımfinalda dayanıb. Bunu "Sumqayıt"la "Qarabağ"ın timsalında görmüşük.

 

Azərbaycan Kubokunu qazananlardan yalnız 4-ü indi də Premyer Liqa təmsilçisidi. "Bakı", "Xəzər Lənkəran", "İnşaatçı" və "Şəfa" artıq futbol səhnəmizdə yoxdurlar, "Kəpəz" isə Premyer Liqadan kənarda qalaraq I Divizionda çıxış edir.

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB