TOP 10

Rizvanov üçün 21 dəqiqə və 3 xal

Dünya Futbolu
Tarix: 2019-05-20 13:00

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 8-ci turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Arziman Rizvanovun formasını geyindiyi “Bohemians” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Viktoriya” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Rizvanov da bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb.

 

“Bohemians”ın U-21 komandası hazırda 15 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB