TOP 10

Dadaşovun komandası mövsümü “bürünc”lə başa vurdu

Dünya Futbolu
Tarix: 2019-05-20 11:18

Futbol üzrə Portuqaliya Sequndasında mövsümə yekun vurulub. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də sonuncu matçına çıxıb.


Sözügedən kollektiv 34-cü tur çərçivəsində doğma meydanda “Famalikao” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.


Cəzalı olan Dadaşov sonuncu oyunun iştirakçısı olmayıb. O, mövsüm ərzində 22 oyuna çıxıb, 4 qol vurub. İntizamsızlığı ilə seçilən forvard 4 dəfə sarı vərəqə alıb, iki dəfə isə meydandan qovulub.


“Eştoril” mövsümü 54 xalla 18 kollektiv arasında 3-cü pillədə başa vurub.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB