TOP 10

Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

Dünya Futbolu
Tarix: 2019-05-20 10:00

Futbol üzrə Latviya çempionatında 13-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.


Sözügedən kollektiv doğma meydanda “Riqa” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.


Azərbaycanlı futbolçulardan yalnız Vüqar bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin sabiq forvardı 31-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.


Turalla Elvinin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.


“Dauqavpils” hazırda 16 xalla 9 komanda arasında 4-cü pillədə qərarlaşıb.

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB