TOP 10

Nazarov mövsümün son matçında 90 dəqiqə oynadı

Dünya Futbolu
Tarix: 2019-05-20 09:30

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında mövsümə yekun vurulub. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də sonuncu matçına çıxıb.


Sözügedən klub 34-cü tur çərçivəsində səfərdə “Darmştadt” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.


Nazarov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.


“Ersgebirge” mövsümü 40 xalla 18 iştirakçı arasında 14-cü pillədə başa vurub. Nazarov mövsüm ərzində 24 oyuna çıxıb, 4 qol vurub, 3 sarı vərəqə ilə cəzalanıb.
 

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB