TOP 10

“Qalatasaray” çempion!

Dünya Futbolu
Tarix: 2019-05-19 22:17

Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bazar günü daha dörd oyun baş tutub. 


Turun mərkəzi görüşündə lider “Qalatasaray” “Başakşəhər”lə münasibətlərinə aydınlıq gətirib. 


“Sarı-qırmızılar” qalib gələcəyi təqdirdə, çempionluğunu elan edəcəkdi. Qarşılaşmada hesabı qonaqlar açsa da, sonda əzmkar qələbə əldə edən “Qalatasaray” sona bir tur qalmış çempionluğu rəsmiləşdirib. 


İstanbul klubu tarixində 22-ci dəfə Türkiyə çempionu olub.


Türkiyə Super Liqası
33-cü tur

17 may


Kasımpaşa – Konyaspor 1:1
Qol: Ben Yussef, 56 – Ö.A.Şahiner, 25.


18 may


Antalyaspor – Yeni Malatyaspor 3:0
Qol: H.Alpsoy, 45. M.Erdinc, 55; 65.


Trabzonspor – Beşiktaş 2:1
Qol: F.Novak, 53. Y.Yazıçı, 77 – Kaqava, 74.


19 may


Akhisarspor – Kayserispor 2:2
Qol: Reqattin, 37. Manu, 80 – Kravets, 61. Qyan, 90.


Bursaspor – Göztəpə 0:0


Alanyaspor – Rizəspor 1:1
Qol: Sisse, 12 – Muriqi, 65-pen.


Qalatasaray – Başakşəhər 2:1
Qol: Fequli, 47. Onyekuru, 64 – Bayiç, 17.


20 may


21:00 Ankaragücü – Sivasspor
21:00 Ərzurumspor – Fənərbaxça

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB