TOP 10

Rauf Əliyevin başqa klublardan da təklifləri var: "Qəbələ"nin tarixinə adımı yazdırdığıma görə çox sevinirəm"

Futbol
Tarix: 2019-05-19 20:27

"Qəbələ"nin futbolçusu Rauf Əliyev Azərbaycan Kubokunu qazandıqları "Sumqayıt"la final matçından sonra Sport24.az-ın Naxşıvana ezam olunmuş əməkdaşına müsahibə verib. Təcrübəli hücumçu əvvəlcə klubun tarixində olan ilk tulul haqda təəssüratlarını bölüşüb.

 

- Əlbəttə, çox böyük sevinc hissləri keçirirəm. "Qəbələ"nin tarixində ilk kuboku qazandıq. Klubumuz neçə illərdi buna yaxın idi, ancaq qazana bilməmişdi. "Qəbələ"nin tarixinə adımı yazdırdığıma görə çox sevinirəm. Bu gün son şansımız idi. Həm kuboku qazanmaq, həm də bununla avrokuboklara vəsiqə əldə etmək baxımından. Bunu bacardıq. Bir daha komandanın bütün üzvlərini, hər kəsi təbrik edirəm. 

 

- Oyun necə keçdi? Erkən qol vurmağınız hesabı qorumaq baxımından işinizi çətinləşdirmədi?

- Böyük hesabla qalib gələ bilərdik. Əsasən ilk hissədə 2-3 yaxşı qol epizodumuz vardı. İkinci hissədə özüm fərqlənə bilərdim. Amma alınmadı. İlk qol bəlkə bizim üçün çox yararlı oldu ki, başlayan kimi üstünlük qazandıq. "Sumqayıt" hələ özünə gəlməmişdi. Havaya baxanda çətin oyun gedirdi. Meydançanın da bəzi yerləri bizə çətinlik çəkirdi. Top qalxırdı, ağırlıq vardı. Ancaq əsas odur ki, sonda qələbə qazandıq. Hər şey istədiyimiz kimi oldu.

 

- Oyunun şərtləəri əvvəldən sizin üçün çətin başaldı. Bir tərəfdən cəzalılar, xəstələnən Ceyms Adeyinin olmaması, görüşün startına çox az qalmış isə məlum oldu ki, Dmitri Bezotosnı zədələnərək oynamayacaq. Bu, psixoloji cəhətdən sizə təsir etmədi?

- Hər şeyə hazır idik, çünki çempionat gedə-gedə də hardasa bu oyuna hazırlaşırdıq. Bilirdik ki, bizim üçün hər şey bu matçdan asılıdı. İtkilərimiz oldu. Ancaq şükür Alllaha ki, onların yerlərində oynayanlar etimadı layqincə doğrultdular. Bugünkü gündə əsas məqsəd kuboku qazanmaq idi, onun da öhdəsindən gəldik. Hər şey əladı.

 

- Oyunu sonunda özün də zədələndi, hətta başın sarındı...

- Vurğun Hüseynovla hava mübarizəsində başım partladı. Bu, futboldu, olur belə şeylər. Nə edim...

 

- Kuboku qazanmısınız, indi sevinirsiniz. Bəs, bundan sonrasını düşünmüsünüz? O mənada klubda müəyyən problemlər var, gələcək taleyi sual altındadı...

- O dərəcədə ciddi problemlər heç vaxt hiss etməmişdik. Həmişə bizə deyilirdi ki, oyunlara hazırlaşın, hər şey yolundadı. Biz də heç nəyə fikir vermədən hər qarşılaşmada oynamışıq. Artıq bundan sonra necə olacağını zamanı gələndə görəcəyik.

 

- "Qəbələ"ylə müqavilən bitir. Təkiflərin var?

- Bəli.

 

- Klubdan, yoxsa başqa yerlərdən?

- Başqa təkiflərim də var. Hər şey qarşıdakı günlərdə - istirahət vaxtı bilinər. 

 

 

 

CEYHUN ƏLİYEV, Naxçıvan

14 Sentyabr 2019
13 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB