TOP 10

"Birmənalı şəkildə Kubokun qazanılması pozitiv dəyişikliyə təsir edə bilər!" - Zaur Həşimov

Futbol
Tarix: 2019-05-19 19:47

Azərbaycan Kubokunun final qarşılaşmasında “Sumqayıt” üzərində 1:0 hesablı qələbə qazanaraq Avropa Liqasına vəsiqəni də təmin edən “Qəbələ”nin baş məşqçisi Zaur Həşimov mətbuat konfransı keçirib. Sport24.az-ın Naxçıvana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, gənc mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bölüşüb.

 

-    Sevinirik ki, neçə illik həsrətə son qoyduq. Kuboku Tale Heydərova həsr edirik. Uşaqlar məsuliyyəti dərk etdilər və məqsədlərimizi həyata keçirdilər. İqlim elə idi ki, boğulmalar olurdu. Söhbət hər iki komandadan gedir. Qəbələ camiəsini bu tarixi qələbə münasibəti ilə təbrik edirəm.

 

-    Qol erkən gəldi. Ancaq bundan sonra daha çox müdafiədən oynadınız…
-    Oyunun sonlarında geri çəkildik. Rəqib bizi müdafiəyə çəkilməyə vadar etdi.

 

-    Fasilədə nəyi müzzakirə etdiniz?
-    On dəqiqə ərzində kəlmə də kəsmədik. Boğulmalara görə ancaq su içirdilər. Əsas tapşırıq isə o oldu ki, son 45 dəqiqə həyati önəm kəsb edir.

 

-    Avroliqa planları necədi?
-    Hələ ki, heç bir plan tərtib olunmayıb.

 

-    Kubokun qazanılması pozitiv dəyuişikliyə təsir edə bilərmi?  
- Birmənalı şəkildə Kubokun qazanılması pozitiv dəyişikliyə təsir edə bilər! Buna böyük ümidimiz var.

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB